• cümə, 26 Aprel, 11:55
  • Baku Bakı 12°C

Məşhur “Qalatasaray”lı narkotikdən istifadə edirmiş

20.06.19 12:38 678
Məşhur “Qalatasaray”lı narkotikdən istifadə edirmiş
"Qalatasaray”ın sabiq futbolçusu Mario Jardel futbolçu karyerasında üzləşdiyi problem barədə danışıb.
Kaspi.az xəbər verir ki, braziliyalı futbolçu narkotikdən istifadə etdiyini etiraf edib. O, hazırda bu asılılıqdan xilas oldu
Unu da vurğulayıb:
"Avropada oynayarkən maraq xətrinə narkotikdən istifadə etdim. Həmin vaxt bir neçə şəxslə tanış oldum və onlar mənə narkotik təklif etdilər.
Ondan sonra narkotikdən mütəmadi olaraq istifadə etdim. Təlim-məşq toplanışları zamanı dopinq-testlərin götürülməsinə mane olurdum.
Futbolun bir problemi də budur: sənin çoxlu pulun olur və müxtəlif insanlarla tanış olursan. Hazırda bu asılılıqdan xilas olmuşam. Həyat yoldaşımın sayəsində bunu bacardım.
İndi övladlarıma nümunə olmağa çalışıram. İstəyirəm ki, sosial fəaliyyətlə məşğul olum. Gənclərin mənim səhvlərimi təkrarlamasını istəmirəm”.
banner

Oxşar Xəbərlər