AZE | RUS | ENG |

Məşhur futbolçunun mənzilləri hərraca çıxarıldı, borcu var

Məşhur futbolçunun mənzilləri hərraca çıxarıldı, borcu var
"Barselona”nın futbolçusu Arturo Vidal problemlə üzləşib. 
 
Kaspi.az xəbər verir ki, məhkəmə futbolçunun əmlakına həbs qoyub. Onun Turindəki 4 mənzili hərraca çıxarılacaq. 
 
Buna  səbəb isə futbolçunun borcudur. Bu borc Vidal hələ "Yuventus”da oynayan zaman yaranıb. Vidalın turizm kompaniyasına 17 min avro borcu olub. Sonradan bu borc 19 minə yüksəlib. Üstəlik, Artur 12 min avro da məhkəmə xərcləri üçün ödəməlidir. 
 
Maraqlıdır ki, Vidal yenə də borcu ödəmək istəmir. Qeyd edək ki, onun "Barsa”dakı həftəlik məvacibi 66 min avrodur. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN