AZE | RUS | ENG |

“Məktubu alandan sonra mənə həqarətli bir cavab yazmışdı” - Məktəb illəri

“Məktubu alandan sonra mənə həqarətli bir cavab yazmışdı” - Məktəb illəri
Həyatımızın ən qayğısız, ən şirin illəridir məktəb illəri. Bəlkə də buna görə heç vaxt o illəri unutmur, xoş xatirələrlə xatırlayırıq. Bu dəfə Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü məktəb illərini xatırladı. Müsahibimin məktəb illəri 70-ci illərə təsadüf edib. Deyir ki, o illərdən yaddaşında çox gözəl xatirələr qalıb: "Məktəb illərim çox maraqlı keçib. Müxtəlif dərnəklərdə iştirak edirdim, voleybol, stolüstü tennis, şahmatla məşğul olurdum. Voleybol üzrə rayon birincisi olmuşam. Hətta bir il respublika yığma komandasının üzvü olmuşam. Amma zədələndikdən sonra voleyboldan ayrıldım. O illərdə yay aylarında məktəbli uşaqlar pambıq sahələrinə gedirdi. Biz pambıqçılıqla məşğul olan fəal şagirdlərdən idik. Atam məktəb direktoru olduğuna görə, məktəb tədbirlərində birinci mənim adım çəkilirdi. Deyirdi ki, sən və bacıların  digərlərinə örnək olmalısınız. Çalışırdıq ki, məktəbimiz üçün faydalı işlər görək. Orta məktəbdə dərslərimi orta səviyyədə, yəni 4-5 qiymətlə oxuyurdum. Evin böyük qızı olduğuma görə, ev işləri də mənim üzərimə düşürdü. Bizə məktəbdə kimya dərsini anam tədris edirdi və o, çox tələbkar qadın idi. Bir dəfə evdə o qədər iş var idi ki, kimya dərsini oxuya bilmədim. O, bunu hiss etmişdi və dərsə girən kimi öncə məni dərs danışmağa çağırdı. Dərsi oxumadığıma görə, mənə «2» yazdı. Evə gələndən sonra ağladım və dedim ki, sən görmürsən ki, bizim nə qədər işimiz var idi? Anam mənə qarşı çox tələbkar idi”. 
 
M.Mürşüdlü məktəb illərində başına gələn maraqlı əhvalatı da bizimlə bölüşdü: "11-ci sinifdə oxuyanda həkim olmaq istəyirdim. Aşağı siniflərdə isə mühəndis, jurnalist olmaq istəyirdim. Həmçinin, rəsmə böyük marağım var idi. Valentina Tereşkova kosmosa uçanda mən də kosmonavt olmaq istəmişdim. Bir dəfə məktəbdə voleybolda qazandığım uğurlara görə, qəzetdə haqqımda yazı getmişdi. Çoxlu məktublar alırdım. Bir dəfə Baykal gölü sahilində xidmət edən astaralı bir oğlandan məktub aldım. O məktubda məndən xalq mahnısı istəyirdi. Mən bu məktuba cavab yazmadım. Çünki rayon yerində bu yaxşı qarşılanmazdı. Ümumiyyətlə, mənim buna heç vaxtım da yox idi. Sinfimizin qızları mənim adımdan o oğlana "xoruz” şeirini yazıb göndəriblər. O, bu məktubu alandan sonra mənə həqarətli bir cavab yazmışdı. Bu məktub anamın əlinə keçdi. Evə gələndən sonra Mendeleyev cədvəlini göstərdiyi çubuğu əlində tutaraq məni yan otağa çağırdı və məktub barədə soruşdu. Xəbərim olmadığını dedim. Açıb oxuyanda gördüm ki, mənə nələr yazıb. Anam buna görə məni çox danladı. Ona dedim ki, yəqin ki, bunu qızlar edib. Səhəri gün anam məktəbdə məhkəmə qurdu. Mənimlə bərabər 12 qız da bu «məhkəmə»də iştirak etmişdi”.
 
Şəbnəm

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311