Məktəbdən qovulan biznesmenin uğur sirləri
Britaniyalı iş adamı, Riçard Brenson 16 yaşında
davamiyyətsizlik səbəbindən məktəbdən qovulur və dostu ilə birgə tələbə
jurnalını təsis edərək öz karyerasına start verir. 1970-ci ildə o, "Virgin
Records” səsyazma studiyasını yaradır, 1980-ci ildə "Virgin Atlantic” aviaşirkətini,
1990-cı illərdə isə "Virgin Mobile” mobil operator və "Virgin Trains” sərnişindaşıma
şirkətlərini təsis edib. Bu gün, Riçard Brenson 400-dən artıq müəssisəni birləşdirən
"Virgin” şirkətlər qrupunun sahibi olaraq Böyük Britaniyanın ən uğurlu
biznesmenlərdəndir.
Sahibkarlıq fəaliyyətinin ikonası hesab olunan
Riçard Brensonun uğur sirləri barədə saysız-hesabsız məqalələr yazılır, özü isə
uğurlu olmaq istəyən insanlara məsləhət verməkdən çəkinmir. Riçard Brensonun məsləhətlərini
nəzərinizə çatdırırıq:
Arzularının
ardınca düş və sadəcə həyata keçir: Xəyallarınızı izləyin, həyatda sizi maraqlandıran
işlərdə aktiv iştirak edin. Bir iş qurmaq niyyətindəsinizsə, əmin olun ki, bu,
sizin hobbiniz və ya həqiqətən sevdiyiniz bir işdir.
Müsbət fərq
yarat və yaxşılıq et: Sahibkar
olmaq istəyirsinizsə, ilk növbədə digər insanların həyatına müsbət dəyişiklik gətirəcək
bir ideyanız olmalıdır. Biznesin əsas məqsədi da məhz budur.
İdeyanıza
inanın və ən yaxşısı olun: İdeyanıza mütləq inanmaq
lazımdır. Gördüyün işə inanmırsansa və ya onunla fəxr etmirsənsə, bu işlə məşğul
olmağın heç bir mənası yoxdur.
Təslim
olmayın: Təslim
olmamaq çox vacibdir. Sahibkar olmaq macəraçı olmaq kimidir və bütün çətinlikləri aşmaq üçün təslim olmadan gecə-gündüz
işləməlisiniz.
İnsanlar
sizin haqqınızda pis sözlər söylədikdə, əməlinizlə səhv etdiklərini sübut edin:
uğurlu
insanların ətrafında onların uğurunu özünə yazan və yaxud sizin gələcəkdəki
uğurunuza inanmayan insanlar var. Buna
görə də, belə insanlara məhəl qoymamaq sənətini öyrənməlisiniz.
Zövq al və
işçilərinə qayğı göstər: işinizdən zövq almırsınızsa, onu davam etmək mənasızdır.
Gördüyünüz iş əyləncəli və maraqlı olmalıdır, özünüz və sizinlə çalışan
insanlar üçün xoş bir mühit yaratmalısınız. İnsanlar çiçəklərdən fərqli deyil.
Bir çiçək suvarılırsa, çiçəklənir və bir çiçək suvarılmasa quruyur və ölür. Düşünürəm
ki, eyni şey insanlar üçün də tətbiq olunur.
Ailənizlə
vaxt keçirin və işi həvalə etməyi öyrənin: Bir biznesmen olaraq etməli olduğunuz ilk işlərdən
biri də işi həvalə etmək sənətini öyrənməkdir. Daha böyük strategiyalar
haqqında düşünmək və ailənizlə vaxt keçirmək üçün özünüzə zaman ayırın, şirkətlərin
gündəlik əməliyyatlarını isə bu işi sizdən də yaxşı bacaran insanlara həvalə
edin.
Hazırladı: Aygün Əziz