• cümə, 29 Mart, 13:45
  • Baku Bakı 14°C

Məhsula ömürlük təminat verən brendin yaradıcısı - Biznes

12.06.20 09:45 9414
Məhsula ömürlük təminat verən brendin yaradıcısı - Biznes
İlyas Danilov: "Bəzi müştərilərimiz var ki, timsah dərisindən ayaqqabı istəyir”
Diqqət mərkəzində olmağı, fərqli işlər görməyi, yaşıdlarından seçilməyi sevir. Hətta, işinə o qədər bağlıdır ki, məclislərdə belə insanların ayağına baxır, onları xarakterlərinə görə analiz edir. "Biznes” rubrikamızın budəfəki qonağı "Danilov” yerli ayaqqabı brendinin yaradıcısı İlyas Danilovdur.
- Müsahibələrinizin birində "13 yaşından işləmişəm və bununla fəxr edirəm” deyibsiniz. Maraqlıdır, İlyası 13 yaşında işləməyə vadar edən səbəblər nələr idi?
- Məcburiyyət... Həyatda bəzən elə məqamlar olur ki, sən bu addımı atmağa məcbur qalırsan. Mən o yaşda anladım ki, işləməli və ailəmə kömək etməliyəm. Bəlkə də həmin dövrdə yaşadığımız sıxıntılar olmasaydı, iş həyatına bu qədər tez atılmazdım. Həm də kiçik yaşlarımdan ambisiyalarım olub. Uşaqlıq dövrümdən düşünmüşəm ki, mən fərqli insan olmalıyam.
- Ailə vəziyyətinizdən danışdınız. Necə bir ailədə böyüyübsünüz?
- Əslində, kifayət qədər zəngin ailədə doğulmuşam. 90-cı illərin əvvəllərində vəziyyətimiz çox yaxşı idi. Bir müddət sonra bəzi səbəblərdən həyat şəraitimiz dəyişdi və işləməli oldum. Açığı, o dövrdə məni işləməyə heç kim məcbur etmirdi, özüm bu hissi duyurdum.


banner

Oxşar Xəbərlər