AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Media qlafına bükülü,

Media qlafına bükülü, "soyğunçu" xislətli "ədalət aşiqləri"

Cəmiyyət
23 Sentyabr 2020, 18:15 727
Yaxud ödənişli "layihə"sinə məktəbdən sponsor axtaranlar

Bilənlər bilir, bütün media təmsilçiləri ilə vaxta, mövzuya və şəxsə görə fərq qoymadan təmasdayam. İstənilən halda kiçik bir anlaşılmazlıq yarananda da peşəkarlıq, səmimiyyət çərçivəsində həll etməyə çalışıram və bütün peşəkar, anlayışlı dostlara bir daha təşəkkür edirəm.

Ancaq davamlı olaraq peşəkarlıqdan uzaq, qərəzli yanaşmalar sərgiləyən, media qlafına bükülüb "soyğunçu" xislətini gizlətmək üçün özünü "ədalət aşiqi" kimi göstərmək istəyənlərə də yerini göstərməkdə tərəddüd etməyin tərəfdarı deyiləm. Çünki həyasızlıqla baş girələməyi özünə peşə seçən, "nənəm mənə kor deyib..." prinsipi ilə yaşayan, media adına ləkə belə qeyri-peşəkarlar nəyə görə isə hamının ondan "qoruxmalı olduğunu" düşünür.

Təxminən 1 il öncə Elşad Barat adlı biri tehsilpress.az adlı sayt yaratdığını, təhsilə dair maraqlı layihələr düşündüyünü bildirdi. İlk baxışdan nəcib görünən təşəbbüsü alqışladıq. Ancaq detallara varanda dedi ki, məktəb direktorlarından müsahibə üzərində qurulacaq layihə ÖDƏNİŞLİ olacaq. Çox korrekt şəkildə bildirdik ki, bu mümkün deyil, dövlət ümumi təhsil məktəbinin direktoru sənin "layihə"nə necə sponsor ola bilər?! Müəyyən təkid və təkliflər davam etsə də, "Layihə" alınmadı...

Xüsusi karantin rejiminin ilk dövrlərində bu universal "təşəbbüskar jurnalist” təhsil işçiləri də kömək etsəydi (?!), apardığım "yardım kampaniyası"na dəstək olardınız. Dedik ki, təhsil işçiləri də hamı kimi könüllü şəkildə uyğun bildiyi fondlara və ya həqiqətən ehtiyacı olan şəxslərə yardım edir. Ancaq bu məsələ fərdi və könüllüdür... Düşündük ki, məsələ bitər, "təşəbbüs" və tələb ünvanı kimi təhsili seçən "Layihə" dəllalı saytının adını və ya üz tutduğu sahəni dəyişər. Amma sən demə hələ növbəti "Həmlə mərhələsi" də varmış qarşıda...

Yeni dərs ili başlayar-başlamaz bir neçə məktəb direktoru bu "təşəbbüskar jurnalist"in onlara zəng etdiyini, "məktəbdə pul yığılır, gəlim görüşək, "aydınlaşdıraq". Məqsəd bəlli olduğu, "təşəbbüs" müəllifinin 1 ildir dövlət ümumi təhsil məktəbinin direktorları arasından davam edən "sponsor axtarışı ideyası"nın nəticəsiz qaldığını bildiyimiz üçün yeni həmlə bizi təəccübləndirmədi.

Sonrakı günlərdə "Layihə təşəbbüskarı" mənə yazaraq 2 məktəbdən neqaitv halla bağlı ona müraciət edildiyini, bununla bağlı araşdırma aparılmasının lazım olduğunu bildirdi. Cavab olaraq yazdım ki, müraciət əsasında araşdırma aparılması üçün ya vətəndaş ünvanlı müraciət etməli və ya ona ünvanlanmış müraciəti, faktı təqdim etməlidir. "Mən dedim, siz araşdırın" nidası ilə ilk yazışmanı bitirdi. Sonra uzun yazışmamız və Facebook profilində paylaşdığı qarayaxma statusuna cavab kumi yazdığım şərhlərdə də "dediyiniz faktları təqdim elə araşdırılsın və ya əlində dəlil varsa, hüquq-mühafizə orqanlarına təqdim edə bilərsiniz" kimi fikirlər çatdırsam da, adama nə qanunvericiliyin tələblərini, nə də sadə məntiqi izah edə bilmədim...

Statusunun altındakı yazışmalarda hətta məktəb direktorlarından müsahibə üzərində qurulmasını istədiyi ÖDƏNİŞLİ LAYİHƏ tələbinin normal olduğunu dönə dönə yazmaqdan da çəkinmədi… (yszışmaların ekran şəkilləri var) Bəlkə kimsə bu adama başa sala bilər ki, dövlət ümumi təhsil məktəbi kiminsə ödənişli vəsait tələb edən "Layihə”si üçün maliyyələşdirmə ünvanı ola bilməz.

Sonrakı qarayaxma statuslarına yazdığım şərhlərdən əndişələnib şəxsidən mənə yazaraq, "Mənim statuslarıma belə cavablar yazmayın, əks halda blok edəcəm" kimi fikirlər səsləndirirdi. Mən də cavabımda "Sənin qarayaxma və şantajı dolu statusuna cavab yazılanda niyə narahat olursan?" - desəm də, sonda "ara xəlvət" prinsipinə söykənən "Layihəsinə sponsor axtaran jurnalist” onun profilini görməyimi və cavab yazmaq imkanımı əngəllədi.

Sonra isə səhəri gün özünəməxsus "əhvalla” zəng edərək lazımsız danışıqlarla vaxt almaqla, layiqsiz, təhqiramiz danışıqlarla bir şey alınmayacağını görəndə, "Məni təhqir etmisiz, səninlə işdən sonra görüşmək istəyirəm” və s. vaxt alan söhbətlərlə xeyli məşğul etdi… Cavabım qısa oldu: "Bəlkə də özünü təhqir etdirməyi arzulayırsan. Amma get onu başqa yerdə axtar!”

Siz deyin, əziz dostlar, peşəkar media adamları, belə jurnalist olarmı?! Media adından belə özfəaliyyət, "Layihə adı ilə ödəniş tələb etmə” düşüncəsinə Azərbaycanın peşəkar media aləmində yer varmı? Məncə belə düçüncə ilə "fəaliyyət göstərən”lər illər öncədə qalıblar, sadəcə bu günün tələblərindən xəbərdar deyillər.
 
Bəşarət MƏMMƏDOV