• cümə, 26 Aprel, 15:55
  • Baku Bakı 23°C

Medallarımızın sayı 13-ə çatdı

27.09.13 08:12 1534
Medallarımızın sayı 13-ə çatdı
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunlarında ağır atletlərimizin uğurlu çıxışı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün artıq üçüncü idmançımız da medal qazanıb.
Əfqan Bayramov (77 kq) və Namiq Cəmilovdan (85 kq) sonra İntiqam Zairov da fəxri kürsüdə yer alıb. O, 94 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırmada isə 200 kq-ı ram edib. Toplamda 365 kq (165 kq + 200 kq) nəticə göstərən İntiqam Zairov İslam Oyunlarının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycanın İslam Oyunlarında ümumilikdə 13-cü medalıdı. Zairovdan öncə ağır atletika yarışlarında Silviya Angelova və Əfqan Bayramov da gümüş, Zülfüqar Süleymanovla Namiq Cəlilov isə bürünc medal qazanmışdı. Üzgüçülük yarışlarında Boris Kirilov 200 metr məsafəyə arxasıüstə üzmədə çempion olub. Yevgeni Lazuka 100 metr məsafərə batterflyay üsulla üzmədə bürünc, 50 metr məsafəyə yarışlarda isə gümüş medal qazanıb. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanıb. Komanda yarışlarında da karate yığmamız qızıl medal əldə edib.
Azərbaycan İslamiadada 4 qızıl, 6 gümüş və 3 bürünc medalla ümumi hesabda 7-ci yerdədi.
banner

Oxşar Xəbərlər