Maradona ərəblərin yanına qayıtdı
Argentina futbolunun əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını
bərpa edib.
Kaspi.az xəbər verir ki, Maradona Birləşmiş Ərəb Əmirliklərində işləyəcək. O, bu ölkənin "Əl-Fucayra” klubu ilə müqavilə bağlayıb.
"Əl-Fucayra” BƏƏ-nin ikinci divizionunda çıxış edir. Maradona ilə bir illik anlaşma imzalanıb. Klub saytı məlumatı təsdiqləsə də, müqavilənin maliyyə şərtləri haqda məlumat verilmir.
Maradona 2011-2012-ci illərdə bu ölkənin "Əl-Vasl” klubunda çalışıb.