AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik

Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik

Cəmiyyət
26 Oktyabr 2020, 20:11 194

Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamaları onun İslamı, ümumiyyətlə dinləri anlamamasını nümayiş etdirir.

Bunu Trend-ə ərəb analitik Kamal əl-Halbavi deyib.

Onun sözlərinə görə, Fransanın islami baş örtüləri ilə bağlı əvvəlki mövqeyi də bu ölkədə azadlıq və bərabərlik məsələlərində ziddiyyət və ikili standartları üzə çıxarır:

"Fransa prezidentinin indiki mövqeyi nə İslama, nə də İslam peyğəmbərinə ziyan vurmayacaq. Dünya müsəlmanları əsl İslamla yaşamalı, Quranda deyildiyi kimi, bəşəriyyəti ruhlandırmalıdır”.

O əlavə edib ki, müsəlmanlar aşkar cahillikdən üz döndərməlidir.