• şənbə, 11 May, 06:35
  • Baku Bakı 12°C

Libertadores kuboku üçün çıxış yolu “Santyaqo Bernabeu” oldu

30.11.18 12:10 565
Libertadores kuboku üçün çıxış yolu “Santyaqo Bernabeu” oldu
Libertadores kubokunun finalının cavab qarşılaşması Madriddə keçiriləcək.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Amerikanın futbol Konfederasiyası verib. Libertadores kubokunun finalında "River Pleyt”lə "Boka Xuniors” qarşılaşacaq. Bu komandalar arasında "Boko”nun meydanında keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.
"River” in meydanına keçirilməli olan qarşılaşmadan əvvəl isə insident yaşanıb. "River” azarkeşləri "Boka Xuniors”un avtobusuna hücum ediblər. Buna görə də qarşılaşma təxirə salınıb.
Rəsmilər müzakirələrdən sonra belə qərara gəliblər ki, cavab oyunu dekabrın 9-da "Real”ın stadiona "Santyaqo Bernabeu”da keçirilsin.
banner

Oxşar Xəbərlər