• cümə, 29 Mart, 00:29
  • Baku Bakı 7°C

Leonid Kuçma və Abraham Foksmandan Prezident İlham Əliyevə məktub gəlib

23.10.20 19:11 529
Leonid Kuçma və Abraham Foksmandan Prezident İlham Əliyevə məktub gəlib

1994-2005-ci illərdə Ukraynanın Prezidenti Leonid Kuçmadan və ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini Abraham Foksmandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub gəlib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Son günlərdə Ermənistan tərəfindən Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.
Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin, eləcə də Mərkəzin baş katibinin sonsuz dəstəyi ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağlıq Qarabağla bağlı müzakirələr aparırıq.
Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk".
banner

Oxşar Xəbərlər