Kurtuanın agenti dələduzluqda ittiham olunur
Məşhur futbol
agenti Kristofer Henroti dələduzluqda ittiham olunur.
Kaspi.az xəbər
verir ki, Henrotinin, əməkdaşlıq etdiyi futbolçuların və məşqçilərin
bağladıqları müqavilələrdən bir neçə milyon avronu mənimsədiyi bildirilir. O,
Tibo Kurtua və Romelu Lukaku kimi futbolçularla əməkdaşlıq edir.
Kristoferin son
transferi Kurtuanın "Çelsi”dən "Real”a keçidi olub. Ancaq ondan "Real”ın
qapıçısı yox, uzun müddət əməkdaşlıq etdiyi məşqçi Piter Smit şikayət edib.
Belçika mətbuatının
iddiasına görə, agent, Kurtuanın transferi zamanı da bir neçə milyon avronu mənimsəyib.
Onun, Lukakunun, Yuri Tilemansın və Leandero Dendonkeromun transferləri zamanı
da maxinasiyaya əl atdığı bildirilir.