AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Kreativ Azərbaycan” portalının təqdimatı olub

“Kreativ Azərbaycan” portalının təqdimatı olub

Mədəniyyət
09 Dekabr 2019, 12:22 245
Dekabrın 9-da "Kreativ Azərbaycan” portalının təqdimatı və "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə nazirlər, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
"Kreativ Azərbaycan” portalı haqqında məlumat verən Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirib ki, portal sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb: "Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunacaq, sayt yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərəcək".
Qeyd edilib ki, portalın yaradılmasında məqsəd, həmçinin Azərbaycanın yaradıcı məhsullarının "Kreativ Azərbaycan” brendi altında təşviqidir.
Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçirilib.
Sessiya çərçivəsində mədəniyyət, iqtisadiyyat, təhsil, məşğulluq, əqli mülkiyyət, innovasiyalar, şəhərsalma kimi mövzular müzakirə olunub.