AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirus peyvəndi olmadan tennisçilərin oynaması çətin olacaq

Koronavirus peyvəndi olmadan tennisçilərin oynaması çətin olacaq

İdman
06 İyun 2020, 20:38 337
Qadın Tennisçilər Assosiasiyasının (WTA) prezidenti Mikki Loyler koronavirusa qarşı peyvənd olmadan tennisçilərin yarışlarda iştiraklarının çətin olacağını bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, M.Loyler qurumun mövsümü bərpa etmək üçün əlindən gələni etdiyini deyib. O, ancaq yarışların dünyanın müxtəlif ölkələrində keçirilməsinin işləri çətinləşdirdiyini vurğulayıb. WTA prezidenti açıq ABŞ çempionatının keçiriləcəyi təqdirdə, regionda digər turnirlərin də təşkil ediləcəyini bildirib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün ATP və WTA turnirləri iyulun 31-dək dayandırılıb.