• cümə, 26 Aprel, 20:40
  • Baku Bakı 22°C

Konte “Real”a “yox” dedi, əmin olmayıb ki...

30.10.18 11:20 621
Konte “Real”a “yox” dedi, əmin olmayıb ki...
"Real” Xulen Lopeteqini istefaya göndərəndən sonra baş məşqçi postuna ən real namizəd Antonio Konte hesab edilirdi.
Kaspi.az xəbər verir ki, "kral klubu”nun rəhbərliyi Konte ilə danışıqlara da başlayıbmış. Ancaq italyan mütəxəssis "Real”ın təklifini qəbul etməyib.
Konta bildirib ki, komandadakı bütün futbolçuların onun təyinatına sevinəcəyinə əmin deyil. Bu səbəbdən də "Real” onunla danışıqları dayandırmalı olub.
Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı ki, "Real”ın qapıçısı Tibo Kurtua Londonu məhz Konteyə görə tərk edib. Guya belçikalı qapıçı "onunla üz-üzə gəlmək istəmirəm” ifadəsini işlədibmiş. Ancaq sonradan Kurtua belə söz demədiyini bildirmiş və təkzib verilməsini tələb etmişdi.
Kontenin sonuncu iş yeri "Çelsi” olub.
banner

Oxşar Xəbərlər