Kloppun “onu alın” tələbi
"Liverpul” Dortmund "Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanqı
transfer etmək istəyir.
Kaspi.az xəbər verir ki, Obameyanqın xidmətində "Liverpul”un baş
məşqçisi Yurgen Klopp maraqlıdı. Qabonlu hücumçunun transfer edilməsini də
rəhbərlikdən məhz Klopp tələb edib.
Məlumata görə, rəhbərlik xəsislik etmək niyyətində deyil. "Liverpul”
Obameyanqa görə xeyli miqdarda vəsait xərcləməyə hazırdır.
Qabonlu hücumçunun klubunu dəyişmək istədiyi barədə dəfələrlə məlumat
yayılıb. Obameyanq özü də mətbuata verdiyi açıqlamada inkişaf etmək üçün başqa
kluba keçməyin vacib olduğunu bildirib.