• cümə, 26 Aprel, 23:42
  • Baku Bakı 22°C

Kikboksçumuz 35-ci dəfə qalib oldu

22.01.14 11:05 1298
Kikboksçumuz 35-ci dəfə qalib oldu
Yanvarın 18-i Çinin Xiang Yang şəhərində kikboksinq üzrə Shulen Feng böyük peşəkar yarış keçirilib. “Kaspi”-az-ın məlumatına görə, yarışda Azərbaycanı 4 qat dünya çempionumuz Pərviz Abdullayev təmsil edib. Keçirilən 8-lik yarışda idmançımız 70 kq çəki üzrə döyüşüb. Çinli idmançı Li Zikai ilə rinqdə görüşən Pərviz Abdullayev döyüşü tam üstünlüklə qələbə ilə başa vurub. Xatırladaq ki, bu idmançımızın 35-ci qələbəsidir.
Azərbaycanlı idmançı yarışa idmançısı olduğu "12 May-Kobra"Kikboks Klubunun dəstəyi ilə qatılıb. Yarışdan öncə Hollandiyaya yola düşən kikboksçumuz orda "Super PRO" klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib.
Pərviz Abdullayev FHN-nin əməkdaşıdır.
banner

Oxşar Xəbərlər