AZE | RUS | ENG |

“Kaspi” liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib - Fotolar

“Kaspi” liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib - Fotolar
Sona Vəliyeva: "Liseyin məzunları əvvəlki illərin uğurunu təkrarlayaraq, qəbul imtahanlarında bu il də 100 faiz nəticə əldə ediblər"

Sentyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyəti ilə bağlı hesabat tədbiri keçirib. Şirkətin ötən tədris ilindəki uğurlu fəaliyyəti media və ictimaiyyət nümayəndələrinə təqdim olunub. Hesabat tədbiri "Kaspi” liseylərinin və "Kaspi” abituriyent kurslarının nəticələrinin təqdimatı üzrə iki mərhələli təşkil olunub.
 


Tədbiri açıq elan edən Şirkətin baş direktoru Elnur Əliyev qeyd edib ki, yeni imtahan sistemi şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarının da bir neçə aspektdən yoxlanılmasına şərait yaradıb: "Kaspi” Təhsil Şirkəti də bu dəyişiklikləri müsbət qarşılayaraq şagirdlərin yeni qaydalara adaptasiyasına köməklik göstərib. 2019-2020-ci tədris ilindən etibarən "Kaspi” liseyinin ingilis bölməsi açılacaq. Həmçinin Balakəndə, Bakının Mərdəkan qəsəbəsində "Kaspi abituriyent” nümayəndəlikləri fəaliyyətə başlayacaq. Bakının Nərimanov rayonunda "Kaspi” uşaq bağçasının yenicə açılmış Gənclik filialı, Sumqayıtdakı "Kaspi” uşaq bağçasının nəzdində yeni istifadəyə verilmiş "Kaspi Kids” kurslarında tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək mühüm işlər var”.
 
 

Tədbirdə çıxış edən "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva təhsil sahəsində 12 illik fəaliyyəti ilə fərqlənən mərkəz və abituriyentləri ilə bağlı məlumat verib: "Tələbə adı qazanan abituriyentlərimizi təbrik edirəm. Hazırda hesabat xarakterli tədbirdə görüşürük. Belə ki, 2007-ci ildə "Kaspi” Təhsil Şirkətinin ilk konfransında biz qeyd etmişdik ki, uğurlarımız haqqında hər il ictimaiyyətə hesabat verəcəyik. Düşünürəm ki, bu çox yaxşı ənənədir. Ona görə ki, biz burada tək uğurlarımızı sərgiləmirik, eyni zamanda gələcək planlarımızdan da danışırıq, perspektivlərimizi müəyyənləşdiririk. Hesabat verən bir təhsil şirkəti artıq cəmiyyətdə öz sözünü demiş, güvən qazanmış müəssisə olaraq insanların qarşısına çıxır. Məncə, 2007-ci ildən bu günədək gəldiyimiz inkişaf yolu həmin özgüvənin davamıdır. Bu gün Azərbaycanda təhsilin inkişafı, dövlətin təhsilə qayğısı, münasibəti o qədər yüksək səviyyədədir ki, bu, həm də özəl təhsil sahəsində "Kaspi” və digər şirkətlərin fəaliyyətinə şərait yaradır. Ona görə də ürəklə deyirik ki, bu gün "Kaspi”nin inkişafı Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir”.
 
 

S.Vəliyeva Şirkətin abituriyent kurslarının əvvəlki illərdə qazandığı uğurları bu il də təkrarladığını bildirdi: "Burada Prezident təqaüdünə layiq görülən Əsmər Hacızadə, Məzahir Məmmədov və Vüqar Rufullanın nəticələri xüsusilə qeyd edilməlidir. 35 abituriyent 600-dən yuxarı nəticə göstərib, Ə.Hacızadə isə 690.5 bal toplayaraq I qrup üzrə respublika birincisi olub. Ümumilikdə "Kaspi” abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticə 98 faiz təşkil edir. Ötən il "Kaspi” liseyinin məzunları əvvəlki illərin uğurunu təkrarlayaraq, qəbul imtahanlarında bu il də 100 faiz nəticə göstəriblər. 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanının yekunlarına əsasən, "Kaspi” liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib, son 2 tədris ilində isə buraxılış imtahanlarının nəticələrinə görə, lisey respublika üzrə 1-ci yeri tutub, məzunlardan 12-si nüfuzlu xarici universitetlərə qəbul olunub. Builki məzunlardan Nigar Alıyeva liseyi qızıl medalla bitirib, respublika fənn olimpiadasında gümüş medal qazanıb, qəbul imtahanında isə 600-dən yuxarı bal toplayaraq BDU-nun hüquq fakültəsinin ingilis bölməsinə qəbul olunub”.
 


S.Vəliyeva əlavə edib ki, "Kaspi”  liseyi, həmçinin 2018-2019-cu tədris ilində layihə olimpiadalarında cəmi 38 olmaqla, 6 qızıl, 9 gümüş, 23 bürünc medal qazanıb və bununla da 2015-ci ildən etibarən liseyin hesabındakı medal sayı 83-ə çatıb.
 
Şirkətin rəhbəri "Kaspi” abituriyent kursları, "Kaspi” liseylərindən 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul olunmuş bütün məzunları, onların valideynlərini və "Kaspi”nin müəllim heyətini təbrik edərək onlara uğurlar arzulayıb.
 
 

Daha sonra söz "Kaspi” liseyinin müəllimi Rəsul Ağayevə verilib: "Mən də valideynləri, şagirdləri və onları hazırlayan müəllimləri təbrik edirəm. "Kaspi” abituriyent kursları 2008-ci ildə fəaliyyətə başladığı dövrdən etibarən daim ölkə təhsil sistemində, imtahan prosesində baş verən dəyişikliklərlə çevik şəkildə ayaqlaşmağa çalışıb. Son 2018-2019-cu tədris ilində qəbul imtahanlarında baş verən dəyişikliklər bizim üçün sadəcə gedişin bir hissəsi oldu. Dəyişiklikləri ardıcıl olaraq izləyib, doğru qərarlar qəbul etdiyimiz üçün bu işin öhdəsindən çox uğurla gəldik. Növbəti tədris ili üçün fəaliyyətimizi müxtəlif istiqamətlərdə planlaşdırmışıq. "Kaspi” nəşrləri, tədris proqramları, özünü qiymətləndirmə sistemləri ilə bağlı işlərimizi ardıcıl şəkildə qurmuşuq. Yeni tədris ilinə tam hazırıq. Artıq gələn həftədən "Kaspi” hazırlıq kurslarında tədris başlayacaq. Qeyd edim ki, kurslarımızın filialların ölkənin bir çox bölgələrində fəaliyyət göstərir. Burada oturan hər kəsə və media vasitəsilə bütün vətəndaşlarımıza bildiririk ki, tam heyətimizlə xidmətinizdəyik”.
 
 

Daha sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş "Kaspi” liseyinin və "Kaspi” abituriyent kurslarının məzunları, onların valideynləri və müəllimlər sözügedən şirkətdə təqdim olunan tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, onlara göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, sistemli və uğurlu fəaliyyətə görə "Kaspi” ailəsinə təşəkkürlərini çatdırıblar.

Tədbirin sonunda qəbul imtahanlarında uğur qazanmış "Kaspi” məzunları və müəllimləri mükafatlandırılıb.
 
Günel Azadə

 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982