Karlos Teves evə qayıtdı
Karlos
Teves karyerasını vətənində - Boka Xuniors”da davam etdirəcək.
Kaspi.az
xəbər verir ki, Teves Çin klubu "Şanxay Şenxua” ilə müqaviləni pozub. Bu barədə
məlumatı "Boka Xuniors”un saytı yayıb. Teves artıq Argentina klubunun düşərgəsindədir.
33 yaşlı
Teves komanda ilə məşqlərə də çıxıb. Onun Çin klubu ilə hələ bir illik də
müqaviləsi vardı. Teves dünyanın ən ödənişli futbolçularından sayılırdı.