Jurnalistin anası koronavirusdan öldü
İdman jurnalisti Anar Cəfərsoyun anası Zöhrə Cəfərova
koronavirus xəstəliyindən vəfat edib.
Bu haqda Qol.az-a A.Cəfərsoyun yaxınları məlumat
verib. Dünən axşam 69 yaşında dünyasını dəyişən Z.Fərəcova Ağdamın kəndində dəfn
ediləcək. Karantin qaydalarına görə, yas mərasiminin keçirilməsinə icazə
verilmir.
Qeyd edək ki, Z.Cəfərova böyrək çatışmazlığından da
əziyyət çəkib. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırıb.
Xatırladaq ki, A.Cəfərsoy özü də hazırda
koronavirusdan xəstəxanada müalicə alır.