İtaliya klubu “Qalatasaray”a “yox” dedi
"Qalatasaray” "Napoli”nin müdafiəçisi Vlad Krikeşlə maraqlanırdı.
Kaspi.az xəbər verir ki, "Qalatasaray” Krikeşi transfer edə
bilməyəcək. İstanbul klubu rəsmi təkliflə "Napoli”yə müraciət etsə də, "yox”
cavabı alıb.
Klub rəhbərliyi müdafiəçini satmaqdan imtina edib. Məlumata görə,
Krikeşin satılmasına "Napoli”nin baş məşqçisi Mauritsio Sarri veto qoyub. O,
növbəti mövsümdə bu müdafiəçinin güvənəcəyi əsas futbolçulardan biri olacağını
bildirərək, onun satılmamağını tələb edib.