• cümə axşamı, 28 mart, 22:17
  • Baku Bakı 13°C

İstehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün dövlət standartı qəbul edilib

08.04.21 12:45 877
İstehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün dövlət standartı qəbul edilib
Sahibkarlara dəstək göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi" dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib.
Dövlət Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.
Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.
Sahibkarlıq subyektləri və digər maraqlı şəxlər dövlət standartının tam mətnini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxsin rəsmi internet səhifəsiwww.azstand.gov.azvasitəsilə əldə edə bilərlər.
banner

Oxşar Xəbərlər