AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib

İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib

Cəmiyyət
25 Oktyabr 2020, 20:23 195
İsrail Ermənistan tərəfindən raket atəşlərinə məruz qalan Azərbaycanın ikinci böyük şəhəri Gəncə sakinlərinə humanitar və tibbi yardım edib.
 
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, İsrail Gəncəyə isidicilər, isti paltarlar, ədyal, dərman və ilk yardım əşyaları göndərib.
 
Bundan əlavə, 24 oktyabr tarixində İsrailin tibbi ləvazimatlar yardımının ikinci partiyası Gəncəyə çatdırılıb. Bildirilir ki, ehtiyac olduğu halda İsrail tibbi avadanlıqlar da göndərməyə hazırdır.
 
Qeyd edilir ki, oktyabrın 23-də Yəhudi dövlətinin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfər edib.