“İrəli” İctimai Birliyi “Gənclik Veloyürüşü” keçirəcək
2
fevral-Gənclər günü münasibətilə "İrəli” İctimai Birliyi, Azərbaycan Gənclər
Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı, "Böyük
İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Heydər Əliyev
Mərkəzi və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə ənənəvi "Gənclik
Veloyürüşü” keçiriləcək.
Veloyürüşün məqsədi
gənclərdə sağlam həyat tərzinin formalaşması, velosiped mədəniyyətinin təbliği,
gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər günü əhəmiyyətinin daha da
artırılmasıdır.
"İrəli”
İctimai Birliyi "Gənclər Günü”, "Azərbaycan Dövlət Müstəqilliyi Günü” kimi əlamətdar günlərdə ənənəvi
olaraq veloyürüş təşkil edib.
Qeyd edək
ki, 2 Fevral Gənclər günü ənənəsinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən
1997-ci il sərəncamına əsasən qoyulub və Gənclər günü MDB məkanında və Şərqi
Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb.
Artıq bu il Azərbaycan gəncləri bu ənənənin 22-ci ilini qeyd edir.
3 fevral saat 11:00-da
baş tutacaq "Gənclik
Veloyürüşü”Azneft dairəsində start
götürəcək və Heydər Əliyev Mərkəzində başa çatacaq.
Velo yürüşdə
iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərlər:
Qeydiyyat
linki -ireli.az/2019/01/genclik-veloyurusu/