İranda XV İbn Sina Masters turniri başlanır
Bu gün İranın Həmədan şəhərində XV İbn Sina Masters turniri başlanır. Turnirdə 7 ölkədən 65 şahmatçı, o cümlədən 7 qrossmeyster iştirak edir.
AZƏRTACxəbər verir ki, yarış çərçivəsində 3 turnir keçiriləcək. Yarışın əsas Masters turnirində Azərbaycanı iki şahmatçı təmsil edir. Onlar qrossmeyster Sərxan və beynəlxalq dərəcəli usta Loğman Quliyev qardaşlarıdır. Turnirin reytinq favoriti İran şahmatçısı Məsud Mosadeqpurdur.
Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Qaliblərin adları avqustun 24-də açıqlanacaq.