AZE | RUS | ENG |

“Çipollino” yenidən səhnəyə çıxacaq

“Çipollino” yenidən səhnəyə çıxacaq
Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin "Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.
Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva Mirzə Ağabəyli , Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Xədicə Novruzlu, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Ziya Ağa, Əlləz Əhmədov, İmran Qurbanov və Ənvər Məmmədov canlandıracaq. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.
Qeyd edək ki, Canni Rodari "Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə "Çipollino” nağıl-filmi çəkilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287