• cümə axşamı, 28 mart, 16:41
  • Baku Bakı 16°C

İnsan kapitalı üzrə yüksək səviyyəli forum işə başlayıb

19.12.18 12:08 692
İnsan kapitalı üzrə yüksək səviyyəli forum işə başlayıb
Dekabrın 19-da Bakıda Azərbaycanda insan kapitalı üzrə yüksək səviyyəli forum işə başlayıb.
AZƏRTACxəbər verir ki, forumun məqsədi Azərbaycan Hökumətini insan kapitalına investisiya yatırılmasının sürətləndirilməsi işində dəstəkləməkdir.
Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən təşkil edilən üçgünlük forumda ölkəmizdə iqtisadi artım və rəqabət qabiliyyətinin gücləndirilməsində insan kapitalının rolu ilə bağlı silsilə təqdimatlar ediləcək, müzakirələr aparılacaq.
Forumun açılışını edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən bu tədbirin təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın insan kapitalına xüsusi önəm verdiklərini bildirib, məşğulluğun artmasında və sosial təminatın gücləndirilməsində onların gördükləri işləri diqqətə çatdırıb.
Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə meneceri Cem Mete sosial sahənin inkişafı və tərəqqisi mövzusunda təqdimatla çıxış edib. Dünyada əhali artımı ilə əlaqədar iş yerlərinin azaldığını qeyd edən Cem Mete bildirib ki, hökumətlər sənaye sahələrinə daha çox diqqət yetirməli, bacarıqlı, yüksəkixtisaslı peşələrin sayını artırmalıdırlar.
Forum işini panel iclasla davam etdirir.
banner

Oxşar Xəbərlər