İngiltərənin ən yaxşısı Məhəmməddir
İngiltərə
Premyer Liqasında 2017/18 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Kaspi.az xəbər
verir ki, "Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən
yaxşısı seçilib. Misirli futbolçu mükafatlandırma mərasimindən sonra təəssüratını
bildirib:
"Bu mükafat mənim
üçün böyük şərəfdir. Özümü xoşbəxt hesab edirəm. Bu mövsüm var qüvvəmlə
çalışdım”.
Mükafata Kevin
De Bruyne (MS), David De Xea (MY), Harri Keyn ("Tottenhem”), Leroy Zane (MS) və
David Silva da namizəd idi.
Salah 33 oyunda
31 qol vurub, 10 qol ötürməsi edib.