• cümə, 29 Mart, 02:35
  • Baku Bakı 7°C

İndiyədək 3,4 milyard dollar investisiya yatırılıb

10.10.19 12:38 612
İndiyədək 3,4 milyard dollar investisiya yatırılıb
Azərbaycandakı sənaye zonalarında ümumi dəyəri 3,8 milyard ABŞ dollarından çox olan layihələr üzrə bu vaxtadək 3,4 dollar investisiya yatırılıb, 11 min iş yeri yaradılıb.
AZƏRTACxəbər verir ki, bu sözləri oktyabrın 10-da Bakıda keçirilən "Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
N.Səfərov bildirib ki, indiyədək 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 3,9 milyard manat investisiyanın yatırılması və 27 minədək iş yerinin yaradılması nəzərdə tutulub. Hazırda investisiya dəyəri 2,5 milyard manatdan çox 245 müəssisə fəaliyyət göstərməkdədir.
O qeyd edib ki, sənaye zonalarında 82 rezident var. Bunlardan 45-i artıq istehsal fəaliyyətinə başlayıb.
banner

Oxşar Xəbərlər