• cümə, 26 Aprel, 10:11
  • Baku Bakı 12°C

İndi onlara heç kim inanmır

05.04.18 12:30 871
İndi onlara heç kim inanmır
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Liverpul”la keçirilən ilk oyundan (0:3) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Qvardiola artıq onlara heç kimin inanmadığını deyib. O, qarşılaşmada qol vəziyyəti yarada bilmədiklərini də vurğulayıb:
"Oyun ərzində qol vəziyyəti yarada bilmədik. Çünki "Liverpul” çox dərindən müdafiə olunurdu. Bizə bir qol vurmaq vacib idi, ancaq bunu bacara bilmədik.
İndi heç kim mərhələni keçəcəyimizə inanmır. Biz isə bunun əksini sübut etməyə çalışacağıq. Mən öz komandama inanıram. Bu komanda cari mövsümdə çox şey nümayiş etdirib.
Qarşıda 90 dəqiqəmiz var. İlk oyunda edə bilmədiyimizi cavab qarşılaşmasında reallaşdırmağa çalışacağıq”.
banner

Oxşar Xəbərlər