• cümə, 26 Aprel, 15:50
  • Baku Bakı 23°C

İkinci Avropa Oyunlarının üçüncü günündə üç boksçumuz mübarizə aparıb

24.06.19 10:15 610
İkinci Avropa Oyunlarının üçüncü günündə üç boksçumuz mübarizə aparıb
İyunun 23-də - "Minsk 2019”un üçüncü günündə boks yarışlarında iki çəki dərəcəsində onaltıdabir, beş çəki dərəcəsində isə səkkizdəbir final mərhələsinin görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində Azərbaycanın üç boksçusu rinqə çıxıb.
Boksçularımızdan Rüfət Hüseynov (49 kq) səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyan ilə qarşılaşıb. Görüşdə 4:0 hesabı ilə inamlı qələbə qazanan R.Hüseynov dörddəbir finala yüksəlib. O, bu mərhələdə İtaliya təmsilçisi Federiko Serra ilə görüşəcək.
Mübarizəyə onaltıdabir finaldan başlayan Bəxtiyar Qazıbəyov (64 kq) Niderland idmançısı Enriko Lakruza uduzub.
Ötən gün onaltıdabir finalda Gürcüstan təmsilçisini mübarizədən kənarlaşdıraraq səkkizdəbir finala yüksələn Kamran Şahsuvarlı (75 kq) dörddəbir finalda mübarizəni dayandırıb. İdmançımız İrlandiya təmsilçisi Maykl Nevinə məğlub olaraq "Minsk-2019”da iştirakını başa vurub.
banner

Oxşar Xəbərlər