• cümə, 29 Mart, 19:16
  • Baku Bakı 14°C

İcbari tibbi sığortayla əlaqədar dövlət xəstəxanalarında xidmətin təşkili qaydası dəyişir

27.10.20 12:50 423
İcbari tibbi sığortayla əlaqədar dövlət xəstəxanalarında xidmətin təşkili qaydası dəyişir
Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və yalnız bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pulu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ad -00:13
ƏTRAFLI
Project GLO
Qeyd edək ki, qanun layihəsi "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Tibbi sığorta keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına (tibbi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərilməsi qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda) göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Bu, tibb işçilərinin əmək haqqı, tibb müəssisəsinin saxlanılması və sair xərclər formasında ödənilir. Tibbi sığortanın tətbiqi isə eyni zamanda tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsi qaydasını da dəyişmiş olur.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər