• cümə, 26 Aprel, 10:00
  • Baku Bakı 12°C

I Avropa Oyunları ilə bağlı Tədbirlər Planı təsdiq edildi

10.06.14 15:45 1228
I Avropa Oyunları ilə bağlı Tədbirlər Planı təsdiq edildi
"2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə bağlı nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, Nəqliyyat Nazirliyində imzalanan əmrə əsasən, "Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı" təsdiq edilib".
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov deyib.
Onun sözlərinə görə, Tədbirlər Planı avtomobil yolları, intellektual nəqliyyat sisteminin fəaliyyəti də daxil olmaqla avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı sahələrini əhatə edir.
Z.Məmmədov bildirib ki, nəqliyyat-yol kompleksində həyata keçirilən yeniliklər, görülən işlər çoxdur. Onun sözlərinə görə, respublikanın nəqliyyat siyasətini formalaşdıran bir qurum olaraq Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur: "Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur. İstənilən nəticəni əldə etməyin yeganə yolu problemlərin aradan qaldırılmasına nail olmaq və bütünlükdə Azərbaycanın yol-nəqliyyat kompleksini beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırmaqdır. Qarşımızda duran ən vacib məsələlərdən biri də sosial problemlərin həll edilməsinə nail olmaqla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin təkmilləşdirilməsi, islahatların aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir".
banner

Oxşar Xəbərlər