AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hitler və ingilis manyak tribunada

Hitler və ingilis manyak tribunada

İdman
02 İyun 2020, 12:15 250
Avstraliya və Yeni Zelandiya komandalarının çıxış etdiyi Milli Reqbi Liqasında uğursuz eksperiment aparılıb. 
 
Kaspi.az xəbər verir ki, qarşılaşmalar azarkeşlərsiz keçirildiyi üçün, təşkilatçılar tribunalara karton tamaşaçılar yerləşdiriblər. Amma bu ideya tənqidlə qarşılanıb. 
 
Məsələ burasındadır ki, karton azarkeşlər arasında Adolf Hitler və ingilis manyak-həkim, 200 insanı öldürən Harold Şipmanın karton fiqurları yer alıb. 
 
İngilis manyakı avstraliyalılar üzdən tanımasalar da, Hitlerin fiquru onların diqqətini dərhal cəlb edib.