• cümə, 26 Aprel, 21:40
  • Baku Bakı 22°C

Hindistanlı Sufi Rahmani: Azərbaycan istirahət etmək üçün gözəl ölkədir

29.05.19 14:33 584
Hindistanlı Sufi Rahmani: Azərbaycan istirahət etmək üçün gözəl ölkədir
İlk dəfədir Bakıdayam. Azərbaycan haqqında çox eşitmişəm. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir.
Bunu UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn hindistanlı azarkeş Sufi RahmaniAZƏRTAC-a müsahibəsində deyib.
"Arsenal”a azarkeşlik etdiyini vurğulayan qonaq deyib: "İstəyirəm ki, "Arsenal” qalib gəlsin. Düşünürəm ki, sabah Bakıda maraqlı oyunun şahidi olacağıq”.
Sufi Rahmani Azərbaycanın istirahət üçün ideal ölkə olduğunu deyib: "İnsanlar gülərüz, mehribandırlar. Ölkənizi ailəmə tanıtmaq istəyirəm. Bir neçə aydan sonra ailəmlə buraya gəlib istirahət edəcəyəm. Çünki Azərbaycan istirahət və səyahət üçün ideal ölkədir”.
banner

Oxşar Xəbərlər