• cümə axşamı, 28 mart, 17:45
  • Baku Bakı 16°C

Hikmət Hacıyev: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır

27.09.20 14:07 365
Hikmət Hacıyev: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır
Cənab Prezident Azərbaycan xalqına müraciət etdi və Ermənistanın təxribatının və təcavüz aktının məqsədləri barədə məlumat verdi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, dövlət başçısı vurğuladı ki, Ermənistanın bu təxribatının mahiyyətində faşizm xisləti dayanır: "Ermənilər bu gün səhər saatlarından başlayaraq mülki insanları atəşə tutaraq faşist xislətlərini bir daha göstərdilər. Bu təxribatın qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Hadisələrlə bağlı ölkə ictimaiyyətinə ətraflı məlumat veriləcək. Azərbaycan ordusu bu təxribatın qarşısını almaq üçün və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birlərşib və bu, Ermənistanı qorxuya salır”.
banner

Oxşar Xəbərlər