Heydər Əliyev müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı

Heydər Əliyev müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı

Cəmiyyət
12 Dekabr 2019, 12:00 98
Heydər Əliyev həm böyük siyasi xadim, həm də sadə insan idi. Onun hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna siyasətinin canlı əfsanəsi, keçmiş SSRİ-nin deputatı, Ukrayna Nazirlər Kabinetinin sabiq sədr müavini Mariya Orlik söyləyib.
Ulu Öndərlə ilk dəfə 30 il əvvəl görüşdüyünü deyən M.Orlik bildirib: "Heydər Əliyevlə sonuncu görüşümüz GUAM ölkələri qadınlarının Bakıda keçirilən birinci forumunda oldu. Hər görüşümüzdə Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti və cəsarətinə, geniş dünyagörüşünə heyran olurdum. Belə lider hər xalqa qismət olmur. Heydər Əliyev təkcə Azərbaycan üçün yox, eyni zamanda, sovet ölkələri üçün də böyük işlər görüb. Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə, bəşəriyyətin tarixində böyük rol oynamış şəxsiyyətdir”.
O qeyd edib ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabinetində yüksək vəzifədə işləyərkən Ukrayna xalqının maraqlarına cavab verən bir sıra qərarlar verib. "Səhhətimlə bağlı ölkənizə gedə bilməsəm də bilirəm ki, Prezident İlham Əliyev Heydər Əliyevin uğurlu siyasi kursunu davam etdirməklə Azərbaycanın qüdrətini daha da artırır. Bu, məni çox sevindirir”, - deyə M.Orlik vurğulayıb.