Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək
Avqustun 12-də saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək.
AZƏRTACxəbər verir ki, dərsi kişi həndbolçulardan ibarət milli komandanın baş məşqçisi Hikmət Abdullayev aparacaq.
Dərsə qatılanların idman geyimində olması tələb edilir. İştirak üçün minimum yaş həddi 7-dir. Təlimdə iştirak ödənişsizdir.