• cümə, 26 Aprel, 22:55
  • Baku Bakı 22°C

Həyat yoldaşının bacısını məhkəməyə verdi

18.04.19 15:15 707
Həyat yoldaşının bacısını məhkəməyə verdi
Deyəsən, "İnter”in futbolçusu Mauro İkardi ailədaxili problemlərini həll etmək iqtidarında deyil.
Kaspi.az xəbər verir ki, İkardi, həyat yoldaşı ilə bacısının arasında qalıb. Onun bacısı İvanu İkardi mətbuata verdiyi açıqlamalarda, sosial şəbəkələrdə yazdığı statuslarda qardaşı arvadı Vanda Naranı daim tənqid edir.
Buna görə də, Vanda İvanunu məhkəməyə verib. O, şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar imicinə zərər vurulduğunu iddia edir.
Fevral ayında "İnter” rəhbərliyi İkardidən kapitan sarğısını almışdı. Mətbuatda yayılan məlumata görə, "İnter” rəhbərliyi ilə İkardinin həyat yoldaşı və həm də agenti olan Vandanın arasında münaqişə yaşanır.
banner

Oxşar Xəbərlər