• çərşənbə axşamı, 19 mart, 06:44
  • Baku Bakı 8°C

Həyat yoldaşı onun “Yuve”dən niyə getdiyini açıqladı

19.09.17 13:10 1046
Həyat yoldaşı onun “Yuve”dən niyə getdiyini açıqladı
Yayda Leonardo Bonuççinin "Yuventus”dan "Milan”a keçməsi böyük söz-söhbətə səbəb oldu.
İddia olunurdu ki, Bonuççi komandanı baş məşqçi Massimiliano Alleqri ilə münaqişə ucbatından tərk edib. Kaspi.az xəbər verir ki, futbolçunun həyat yoldaşı Martina Makkari məsələ ilə bağlı açıqlama verib:
"Onun komandadan getmək qərarı Alleqri ilə münaqişəyə görə verilməmişdi. Mən hesab edirəm ki, peşəkar sferada balansın qorunması bütün tərəflər arasında əsas amil olmalıdır.
Leonardo ətrafında baş verən gözlənilməz dəyişikliklərə görə getdi. İndi o, tamamilə sakitdir. "Milan”a keçmə qərarını özü qəbul etdi. Mən isə yaxşı bir həyat yoldaşı olaraq, bu məqamda onun yanında oldum.
Bundan sonra ən azından bizim ailədə derbi qovğası olmayacaq”.
Qeyd edək ki, Bonuççinin oğlu Lorentso "Torino”nun çılğın azarkeşidir. O, "Torino”nun hücumçusu Andrea Belottinin pərəstişkarıdır.
banner

Oxşar Xəbərlər