AZE | RUS | ENG |

Həyat yoldaşı kapitanı ölümdən qurtardı

Həyat yoldaşı kapitanı ölümdən qurtardı
"Kardiff Siti”nin kapitanı Şon Morrison ölümdən dönüb. 
 
Kaspi.az xəbər verir ki, Şon sağ qaldığı üçün həyat yoldaşının məsuliyyətli davranışına minnətdar olmalıdır. O, evdə olarkən kəskin ağrı hiss edib. 
 
Ancaq həkimə müraciət etmək istəməyib. Həyat yoldaşı isə daha  məsuliyyətli davranaraq əvvəlcə klub həkimlərinə müraciət edib. Daha sonra isə Şonu təcili olaraq xəstəxanaya çatdırıb. 
 
Məlum olub ki, kapitanın appendisiti partlayıb. Həkimlər bildiriblər ki, futbolçu xəstəxanaya bir qədər də gec çatdırılsaydı, digər orqanlarda zəhərlənmə baş verər və o, həyatını itirə bilərmiş. 
 
Şon əməliyyat olunub və hazırda evində reabilitasiya olunur. Onun təxminən 6 həftə meydana çıx bilməyəcəyi bildirilib. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219