• şənbə, 27 Aprel, 00:27
  • Baku Bakı 14°C

Həyat yoldaşı canlı yayımda ağladı

21.02.19 14:30 825
Həyat yoldaşı canlı yayımda ağladı
"Zenit”in həbs olunan futbolçusu Aleksandr Kokorinin həyat yoldaşı Darya Valitova Andrey Malaxovun "Canlı efir” proqramının qonağı olub.
Kaspi.az xəbər verir ki, Darya Kokorinin hərəkətinə görə ictimaiyyətdən üzr istəyib. O, canlı yayımda göz yaşlarını saxlaya bilməyib:
"Kokorinin hərəkətinə görə hər kəsdən üzr istəyirəm. Onun sağlamlığına görə narahatam. Dizində ciddi problem var. Müalicə almasa, əlil ola bilər. Əgər iki ay da həbsxanada qalsa, dizi tam dəyişməlidir”.
Qeyd edək ki, Aleksandr Kokorinlə "Krasnodar”ın futbolçusu Pavel Mamayev xuliqanlıq etdikləri üçün ötən ilin oktyabrında həbs olunublar.
banner

Oxşar Xəbərlər