AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hər ikisi onu havayı almaq istəyir

Hər ikisi onu havayı almaq istəyir

İdman
15 İyul 2020, 14:30 306
"Barselona” və PSJ "Bavariya”nın futbolçusu David Alaba ilə maraqlanır. 
 
Kaspi.az xəbər verir ki, həm İspaniya, həm də Fransa nəhəngi futbolçunu havayı əldə etməyi planlaşdırır. Alabanın "Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. 
 
"Barsa” və PSJ məhz həmin vaxta qədər gözləməyi, futbolçunu azad agent kimi heyətə cəlb etməyi düşünr. Ancaq "Bavariya” rəhbərliyi də avstriyalını heyətdə saxlamağı planlaşdırır. 
 
Ona görə də, Alabaya yeni müqavilə təklif olunacağı deyilir. Amma futbolçunun, "Barselona” və PSJ-nin maraq göstərməsindən sonra bu təklifi qəbul edəcəyi şübhəlidir. 
 
Üstəlik, onunla "Mançester Siti” də ciddi maraqlanır. Alaba "Bavariya”ya 2008-ci ildə "Austriya”dan keçib. 28 yaşlı futbolçu cari mövsümdə 28 oyunda meydana çıxıb, 1 qol vurub, 1 qol ötürməsi edib.