• şənbə, 27 Aprel, 00:17
  • Baku Bakı 14°C

Hər gün Messi ilə Suaresə 50 avro uduzurmuş

31.07.18 14:15 518
Hər gün Messi ilə Suaresə 50 avro uduzurmuş
"Barselona”nın futbolçusu Yerri Mina komanda yoldaşalrı ilə münasibətdən danışıb.
Kaspi.az xəbər verir ki, Mina xüsusən də Messi və Suareslə yaxşı münasibət formalaşdırdığını bildirib. O, bu futbolçularla mərcə girdiyini və hər gün 50 avro uduzduğunu da etiraf edib:
"Komandaya yeni qoşulanda Messi və Suaresə daha yaxın olmağa üstünlük verdim. Aramızda dostluq münasibəti formalaşdı.
Biz cərimə zərbələrini kimin daha yaxşı vuracağı ilə bağlı mərcə girirdik. Hər gün uduzurdum və onlara 50 avro ödəyirdim.
Hərdən fikirləşirdim ki, axı mən niyə onlara hər gün pul ödəməliyəm. Gülməlidir, ancaq deməliyəm, bu uşaqlar topu hara istəyirdilərsə, o nöqtəyə də vururdular.
Onlar böyük futbolçulardır. Hətta deyərdim ki, sehrbazdırlar”.
Kolumbiyalı müdafiəçi ötən mövsüm "Barsa”nın heyətində cəmisi 5 oyun keçirib.
banner

Oxşar Xəbərlər