• cümə, 26 Aprel, 22:38
  • Baku Bakı 22°C

Həndbol tarixində rekord nəticə

22.09.14 14:56 1482
Həndbol tarixində rekord nəticə
Apasport.az saytının məlumatına görə, sentyabrın 19-dan oktyabrın 4-dək davam edəcək yarışda Yaponiyanın qadın həndbolçuları tarixi zəfərlə yeni rekord müəyyənləşdiriblər.
Belə ki, Maldiv adalarının yığması ilə qarşılaşan yaponiyalılar rəqibi 79:0 (!) hesabı ilə məğlub ediblər. Onlar ilk hissəni 40:0 hesabı ilə xeyrinə bitiriblər ki, bu yarıda da rəqib qapıçı Əhməd Nehidha bir topu belə qaytara bilməyib.
Bu azmış kimi, 0:79 hesablı məğlubiyyətdən sonra Maldiv adalarının baş məşqçisi Abdulla Səlim yetirmələrinə haqq qazandırıb: “Fiziki cəhətdən yaxşı vəziyyətdə deyildik və bir neçə zədəlimiz vardı”.
Qeyd edək ki, ada ölkəsi tək həndbolda deyil, üzmə yarışlarında da öz “məharəti” ilə diqqət mərkəzinə düşüb. Onlar finişə rəqiblərindən çox gec çatmaqla, Asiya oyunlarında gülünc obyektinə çevriliblər.
banner

Oxşar Xəbərlər