AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həkim Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir

Həkim Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir

Cəmiyyət
10 İyul 2020, 12:08 177
COVİD-19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Netçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.

Qeyd edək ki, COVİD-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla özü də virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilməlidir.