Həbib onun futbolkasını 100 min dollara satdı

Həbib onun futbolkasını 100 min dollara satdı

İdman
17 Sentyabr 2019, 12:51 129
UFC çempionu Həbib Nurməhəmmədov xeyriyyə auksionunda iştirak edib. 
 
Kaspi.az xəbər verir ki, Həbib Dastin Porenin futbolkasını satıb. Dağıstanlı döyüşçü futbolkanı 100 min dolara satıb. 
 
O, əldə olunan vəsaiti Porenin "The Good Fight” xeyriyyə fonduna köçürüb. Pore Həbibin bu addımına belə münasibət bildirib: 
 
"Bu, möhtəşəm xəbərdir. Çünki bu vəsaitlə xeyli insana yardım etmiş olacağıq. Bununla fəxr edirəm və Həbibin bu dəstəyini yüksək qiymətləndirirəm”. 
 
Həbib Dastinlə döyüşün 3-cü raundunda boğucu fəndlə qalib gəlmişdi.