• cümə, 26 Aprel, 18:00
  • Baku Bakı 23°C

Hazard “Çelsi”dən nəyə görə getmək istəyir?

12.10.18 15:00 622
Hazard “Çelsi”dən nəyə görə getmək istəyir?
"Çelsi”nin futbolçusu Eden Hazard gələcək planları barədə danışıb.
Kaspi.az xəbər verir ki, Hazard özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib. O, "Çelsi”dən ayrılmaq istədiyini də etiraf edib.
Eden, jurnalistin "siz hazırda özünüzü dünyanın ən yaxşı futbolçusu hesab edirsinizmi” sualına belə cavab verib: "Bəli! Mən bu suala əvvəllər də "bəli” cavabını vermişdim, indi sizə də eyni cavabı verirəm”.
Jurnalist, belçikalı futbolçuya "son 10 il göstərib ki, "qızıl top”u almaq üçün siz mütləq İspaniyada oynamalısınız” deyib. Azarın cavabı belə olub: "Elə ona görə də "Çelsi”dən getmək istəyirəm. Ancaq yanvarda yox”.
"Çelsi” Azara 200 milyon avro qiymət qoyub. Belçikalı futbolçu bir müddət əvvəl bildirmişdi ki, "Real”da oynamaq uşaqlıq arzusu olub.
banner

Oxşar Xəbərlər