• cümə, 26 Aprel, 22:28
  • Baku Bakı 22°C

Hacı Əliyev dünya çempionundan intiqamını aldı

17.12.20 17:10 538
Hacı Əliyev dünya çempionundan intiqamını aldı
Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.
"Report"un məlumatına görə, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovla üz-üzə gəlib.
Əliyev 2-ci dəqiqənin sonunda rəqibinə fənn tətbiq edib və 4:0 önə keçib. Həmin vaxt Rəşidov zədələnib. O, görüşə davam edə bilmədiyi üçün azərbaycanlı pəhləvan növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.
banner

Oxşar Xəbərlər