• çərşənbə axşamı, 19 mart, 08:59
  • Baku Bakı 8°C

Gimnastlarımızın Dünya Kubokuna hazırlığı tam sürətlə davam edir

07.02.19 16:05 715
Gimnastlarımızın Dünya Kubokuna hazırlığı tam sürətlə davam edir
Milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya digər ölkələrdən daha tez gəlmiş Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna hazırlıq məqsədilə Milli Gimnastika Arenasında məşqlərə start veriblər.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, fevralın 11-də arenada kubokun yoxlama-məşq toplanışı keçiriləcək. Bu toplanışda Avstraliya, Yeni Zelandiya, İsveçrə və Gürcüstan komandalarının da iştirakı gözlənilir.
Xatırladaq ki, Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli Dünya Kubokunda (Bakı, 16-17 fevral) 31 ölkənin 300-ə yaxın gimnastı mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər